Xalidə Talıbova
VALİDEYNLƏRİNİ
İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ UŞAQLARLA TƏRBİYƏ İŞİNİN MƏZMUNU
Xülasə. Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsində o vəzifələr
prioritet sayılır ki, onlar uşağın sosial münasibətlərin bütün sahələrində
(iqtisadi, siyasi, mənəvi) tam iştirakını təmin etsin. Bu vaxt tərbiyə olunanın
cəmiyyətlə, dövlətlə və dünya ilə bütövlükdə münasibəti onda formalaşmış
humanist hisslərin əsasında qurulmalıdır.
Məqalədə
valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi işinin məzmunu,
mahiyyəti açıqlanmışdır.
Açar
sözlər:` valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar, cəmiyyət, yeniyetmə