Maya Qasımova

ŞAGİRDLƏRİN ORFOEPİK VƏ ORFOQRAFİK VƏRDİŞLƏRİNİN FORMALAŞDIRILMASI ÜZRƏ İŞİN TƏŞKİLİNDƏ SON NƏŞR I SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNİN İMKANLARI

Xülasə. Məqalədə ibtidai sinif şagirdlərinin orfoepik-orfoqrafik vərdişlərinin formalaşdırlması baxı­mın­dan son nəşr 1-ci sinif Azərbaycan dili dərsliyinin imkan­la­rı təhlil olunur. Qeyd olunur ki, müasir dövrdə ana dilinin tədrisi qarşıya şagird­lər­də bir sıra nitq, linqvistik və kom­munikativ kom­­­pe­ten­si­ya­­ların for­ma­laş­d­ı­rıl­ma­sı­nı məqsəd qoyur. Bu kompetensiyalar ünsiyyət prosesində digər normalarla yanaşı, orfoepik-orfo­qrafik normaların gözlənilməsini də tələb edir. Bu səbəbdən, təhsilin ilk pillələrindən baş­la­yaraq, şagirdlərin orfoepik-orfoqrafik vərdişlərinin formalaşdırıl­masının zəruriliyi vurğulanır. Məqalədə problem baxımından 1-ci sinif dərsliyi­nin imkanları araşdırı­lmaqla yanaşı, bu sahədə ibtidai sinif müəllimlərinə kö­mək məqsədilə konkret iş növləri təklif olunur.

Açar sözlər: ibtidai sinif şagirdləri, 1-ci sinif Azərbaycan dili dərsliyi, ədəbi dil normaları, orfoepik bacarıqlar, orfoqrafik bacarıqlar.

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI