Firədun İbrahimov, Vüqar Abdurahmanov
ANALİTİK VƏ EVRİSTİK FƏALİYYƏT
NÖVLƏRİNİN OPTİMAL MÜNASİBƏTLƏRİNİ ÖZÜNDƏ EHTİVA EDƏN TƏLİM SİSTEMİNİN
FORMALAŞDIRILMASI YOLLARI
Xülasə. Məqalədə bildirilir ki, svilizasiyanın
tələblərinə uyğun formalaşmış məkanda təhsilin həyata keçirilmə yolu kimi dərk
olunan təlimin müxtəlif modelləri(formaları) adekvat təlim mühitini şərtləndirir,
bu mühitdə qarşıya qoyulmuş məqsədin təhsilalan
tərəfindən idrak tələbatının təmin olunma obyekti kimi dərk edilməsi seçilmiş təşkilat
formasında əhatə olunan zaman kəsiyi üzrə onun davamlı-fəal öyrənmə
fəaliyyətinin mövcudluğu üçün zəruridir. Tədqiqat işində şagirdmərkəzli
təhsilalma formalarından biri kimi dərk olunan “Analitik və evristik fəaliyyət
novlərinin optimal münasibətlərini özündə ehtiva edən təlim sisteminin
formalaşdırılması yolları” arqumentləşdirilir və həmin yolların elmi-pedaqoji və
psixoloji aspektdən interpretasiyası verilir.
Açar sözlər: təhsil məkanı; təlim mühiti; təlim nəticələri; qiymətləndirmə
meyarları; SMART planlama texnikası; affektiv xüsusiyyətlər; emosional zəka; diferensasiya
və fərdiləşdirmə, təhsilalan (şagird) mərkəzli təlim; daxili və xarici
motivasiya; zehni inkişaf mərhələləri; açıq və qapalı düşüncə tərzləri.