Firidə Mustafayeva
ŞAGİRDLƏRİN RİYAZİ NİTQİNİ İNKİŞAF
ETDİRİLMƏSİNDƏ İNKİŞAFETDİRİCİ ÇALIŞMALARDAN İSTİFADƏ YOLLARI
Xülasə. İnsan
təbiətdən lazım olanları almaq üçün müəyyən zəruri bilik, bacarıq və vərdişlərə
yiyələnməlidir. Bunun üçün məktəb, təhsil, təlim anlayışları yaranmış və hər
birinin məzmunu və vəzifələri müəyyənləşdirilmişdir.
Riyaziyyatdan
inkişafetdirici çalışmalar dedikdə aşağıdakılar nəzərdə tutulur: şagird bu məsələləri
həll edərkən müşahidə, müqayisə aparmalı, müstəqil nəticə çıxartmalı, həllin
mümkün üsullarını tapmağı, öz fikrini əsaslandırmağı, müəyyən qanunauyğunluğu
aşkar etməyi bacarmalıdır. İbtidai siniflərin riyaziyyat təlimində oyunların, əyləncəli,
maraqlı, məntiqi məsələlərin həlli prosesində şagirdlərin nitqini inkişaf
etdirmək üçün imkanlar çoxdur. Məqalədə riyaziyyat təlimində riyazi nitqin
inkişaf etdirilməsində inkişafetdirici çalışmalardan istifadə yolları geniş
araşdırılmışdır.
Açar sözlər: inkişafetdirici
çalışmalar, riyaziyyat təlimi, məntiq, təfəkkür, nitq, hesab əməlləri