Elnurə Səfərova, Zərifə İsmayılova

BİOLOGİYA DƏRSLİKLƏRİNƏ DİFERENSİAL YANAŞMANIN TƏTBİQİNDƏ YARADICILIĞA YÖNƏLMİŞ METODLARDAN İSTİFADƏ

Xülasə. Şagirdlərlə istər fərdi işləyərkən, istərsə də cütlərlə və kollektivlə işləyərkən dərslikdən istifa­də­nin əhəmiyyəti vacibdir. Bu zaman diferensial yanaşma və yaradıcı metodların tətbiqi əhəmiyyətlidir. Həm­çi­nin dərsliklə işləyən zaman zəif oxuyan və istedadlı şagirdlər üçün perspektivli istiqamətlər nəzərə alın­malıdır. Bio­logiyanın tədrisi zamanı şagirdlərin biologiyanı və ya digər fənləri öyrənməyə marağının art­ması dərslikdə öy­rəndiyi materialın yeniliyindən və əlçatan olmasından asılıdır. Məsələn zəif oxuyan şa­gird­lər üçün dərs ma­te­rialının həcminin azaldılması, dərsliklərdəki verilmiş tapşırıqların çətinlik dərəcəsinin mini­muma endirilməsi onların dərsdə fəal iştirakına, biologiya fənninə dair bilik, sosial – mədəni bacarıq və inki­şafına səbəb olur.

Biologiya dərsliklərindən istifadə edərək yaradıcılığa yönəlmiş tapşırıqların verilməsi zamanı zəif gös­təricisi olan hər bir şagirdin mövzunu öyrənməyə marağı artır, biologiyanı yavaş-yavaş, mərhələlərə uyğun olaraq mənimsəyir.

Açar sözlər: biologiya, dərslik, diferensial, metod, yaradıcı

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI