Nigar Qasımova

İNGİLİS DİLİNDƏ ÜMUMİLƏŞMƏ VƏ XÜSUSİLƏŞMƏ PROSESLƏRİ

Xülasə. Dil mürəkkəb bir strukturdur, xarici faktorların təsiri ilə dilin daimi inkişafı və çətinləşməsi nəticəsində yaranan daxili problemlərin təsiri ilə dəyi­şik­lik­lərə məruz qalır. Sözün bir neçə mənası ola bilər və zaman keçdikcə bəzi mənalar unudula və artıq istifadə olunmaya bilər. Çoxmənalılıq hər bir dildə təbii hadisədir və semantik dəyişmənin səbəblərindən biridir. Sözün mənasını elastik, dəyişən mexa­nizm kimi təsvir etmək olar. Sözün ilkin mənası vaxt ötdükcə genişlənə, ümumiləşə və əksinə mənanın daralması, xüsusiləşməsi baş verə bilər. Əksər hallarda sözün mənasının genişlənməsi sözün ilkin mənasının mücərrədləşməsi ilə müşayiət olunur. Dildə sözlərin çoxu konkret anlayışların adı kimi meydana çıxır. Sonra isə sözlərin ilkin mənası genişlənir və ümumiləşir. Sözün mənasının genişlənməsi sözün inkişafı tarixində ən geniş yayılmış xüsusiyyətlərdən biridir. Mə­na­nın daralması tədricən ge­dən bir prosesdir, bu zaman söz ünsiyyətin ümumi sfera­sın­dan xüsusi sferasına daxil olur.

Açar sözlər: sözün ilkin mənası, sözün yeni mənası, mənanın genişlənməsi, ümumiləşmə prosesi, mənanın mücərrədləşməsi, mənanın daralması, xüsusiləşmə prosesi

Cild 91, №5 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI