Sahilə Orucova
İNKLÜZİV TƏHSİLİN BƏZİ SOSİAL-PSİXOLOJİ CƏHƏTLƏRİ
Xülasə. İnklüziv təhsil insanlar arasında fərq qoyulmadan
keyfiyyətli təhsilə bərabər çıxışı nəzərdə tutur. Məhz təhsilin bu növü əlilliyi
olan insanlara sağlam həmyaşıdları kimi bərabər inkişaf imkanlarını təmin edə
bilir. İnklüziv təhsil əlliliyi olan hər bir şəxsə maksimum uyğunlaşma və
sosial mühitə tam inteqrasiya üçün zəruridir. İnklüziv təhsil insanların
birlikdə öyrənməsini dəstəkləyən yeni demokratik təhsil yanaşmasıdır.
İnklüziv təhsil yalnız əlilliyi olan şagirdlərə aid deyil. O, fərqli ana dilində
danışan, fərqli sosial-mədəni dəyərlərə malik, imkansız və xüsusi qayğıya
ehtiyacı olan şagirdləri də əhatə etmək məqsədi daşıyır.
Açar sözlər: inklüziv təhsil,
sosial-psixoloji aspektlər, sosial qavrayış, sağlam və əlilliyi olan şagirdlər.