Mələk Kərimova, Mirsadiq Muxtarov
TƏBİİ
ƏTRAF MÜHİT AMİLLƏRİNİN PSİXİ RİFAHLA QARŞILIQLI ƏLAQƏSİ
Xülasə. Məqalədə təbii ətraf mühit
faktorlarının psixi rifaha təsiri mövzusuna toxunulmuşdur. Ölkəmizdə keçiriləcək
COP29 tədbirinin də məhz bu sahəyə xüsusi diqqət etməsi mahiyyətindən yola
çıxaraq, məqalə müəllifləri tərəfindən beynəlxalq tədqiqat nəticələrinə əsaslanaraq
bu sahədə olan araşdırmaları təhlil etmişdirlər. Məqalədə psixi rifahın
yaxşılaşmasında təbii ətraf mühit amillərinin əhəmiyyəti diqqətə çatdırılır.
Ekoloji şüurun formalaşması üçün şəxslərin özlərini böyük bir sistem parçası
kimi düşünmələri istiqamətində təkliflər də məqalədə öz əksini tapmışdır. Məqalədə
insanların təbiətlə təmasda olmasının onların psixoloji vəziyyətlərinə təsirindən
yola çıxaraq naturopatik terapiyanın əhəmiyyəti üzərində dayanılmışdır.
Açar sözlər: psixi rifah; təbii ətraf
mühit; urbanizasiya; naturopatik terapiya