Səmayə Səlimova

ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİNİN QARŞISININ ALINMASI YOLLARININ ŞAGİRDLƏRƏ AŞILANMASI

Xülasə. Şagirdlərdə təbiətə, onun ehtiyatlarından istifadəyə düzgün münasibətin aşılanması ekoloji təh­sil və tərbiyənin əsasını təşkil edir. Bu işdə atmosferə antropogen təsirinin təbliği mühüm rola malikdir. Ya­radıcı müəllim müxtəlif təlim metodlarından (diskussiya, disput, dəyirmi masa, ekoloji layihələrin və esse­lərin hazırlanması və s.) istifadə edərək şagirdlərdə ekoloji bilikləri, təbiətə qarşı məsuliyyətli davranışı for­malaşdıra və inkişaf etdirə bilər. Belə ki, biosferin və onun bütün canlı aləminin fəaliyyəti üçün əsas ətraf mü­hit amili hesab olunan atmosfer şəhərlərdə fəaliyyət göstərən sənaye və nəqliyyat vasitələrinin havaya bu­rax­dığı tullantılar nəticəsində kəskin çirklənməyə məruz qalır. Atmosfer havasının çirklənməsi ətraf təbii mü­hitə və insan sağlamlığına təsirsiz ötüşmür. Atmosferə antropogen təsir məsələsi bütün dünya mü­tə­xəs­sis­lə­ri və ekoloqlarının diqqət mərkəzindədir. Məqalənin predmentini təşkil edən antropogen amillər səhra­laş­ma torpaq deqradasiyasını yaradan səbəblər arasında təbii amillərlə yanaşı, antropogen təsirlər də əsas diqqət çə­kən məsələlərdən biridir. Antropogen amillər ətraf mühitə, o cümlədən torpağa təsir göstərən insan fəaliy­yə­tinin müxtəlif formalarını birləşdirir. Müxtəlif formalarda insanların torpaqlara kortəbii münasibəti bir çox hal­larda ərazidə eroziya proseslərinin inkişafını sürətləndirir və bataqlıq sahələri yaradır.

Açar sözlər: antropogen təsir, ekoloji vəziyyət, çirklənmə, sənaye

 

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI