Sevda Axundova
ŞUŞA TARİXİ ABİDƏLƏRİNİ VƏ ONUN İSLAM DÜNYASINDAKI ROLUNU ÖZÜNDƏ ƏKS ETDİRƏN TƏBLİĞAT MATERİALLARININ HAZIRLANMASI VƏ BEYNƏLXALQ SƏVİYYƏDƏ YAYIMLANMASI
Xülasə. Qafqazın sənət məbədi Şuşa bir çox üstün məziyyətləri,
unikal xüsusiyyətləri ilə yanaşı, həm də tarixi abidələr məkanıdır. Bunu belə də
dəyərləndirən Ümummilli Lider Heydər Əliyev qala-şəhərimizin Azərbaycan üçün
müstəsna əhəmiyyətini vurğulayaraq demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə
Azərbaycan yoxdur”. Məqalədə Şuşa tarixi abidələrini tədqiqinə nəzər salınır, İslam
dünyasındakı rolunu özündə əks etdirən təbliğat materiallarının Azərbaycanın
milli mədəni irsinin zənginləşdirilməsindəki rolundan bəhs edilir. Şuşa
tarixi abidələrinin türk-islam mədəniyyətinin inkişafına təsirini əsaslandırarkən
bu işdə müxtəlif nəşrlər, albomlar, məqalələr, kitablar araşdırılmışdır.
Tədqiqatçı eyni zamanda Şuşa tarixi abidələrini öyrədilməsi imkanlarını da araşdırır,
müxtəlif əsərlərdə istinad olaraq uyğun Şuşanın tarixi abidələrinin
araşdırmışdır.
Açar sözlər: Qarabağ, Şuşa abidələri, elmi əsərlər, tədqiqat, İslam
dünyası, təbliğat, təbliğat materialları