Firədun İbrahimov, Sevinc Kərimova

TƏHSİLALANMƏRKƏZLİ TƏLİM SİSTEMİNİN FƏLSƏFİ-METODOLOJİ ƏSASLARI

Xülasə. Məqalədə müxtəlif elmi mənbələrdə “təlim” anlayışı ilə bağlı şərhlərdə fikir müxtəlifliyinə diq­qət yönəldilir. Vurğulanır ki, mükəmməl tə­lim sisteminin nəzəri və praktik əsas­la­rının işlənilməsi di­dak­ti­ka­nın mər­kəzi problemidir, daha səmərəli nəticələri hədəfləyən didaktik sistemlərin axtarışı zəruri və da­vam­lı prosesdir. İddia olunur ki, təhsilin həyata keçirilməsinin mühüm yollarından biri olaraq dərk edilən “mü­kəm­məl təlim prosesi”nin təhsialanmərkəzli (bu, onun emercent əlaməti kimi qəbul olunur!) və təh­sil­alan­lar­da IV sənaye inqilabının çağrışlarına uyğun bacarıqların formalaşmasını şərtləndirən sistem kimi in­ter­pre­ta­siya edilməlidir. Vurğulanır ki, təlim prosesinin idarə olunması üçün elmin və praktikanın nailiyyətləri ilə ayaq­laşan elmi fəlsəfənin nəzəri-metodoloji əhəmiyyəti olduqca böyükdür və bu prosesdə şagirdlərin idrak fəaliyy­ətinin idarə olunması, əqli qabiliyyətlərinin inkişafı yalnız o şərtlə mümkündür ki, təfəkkür prosesinin qa­nunauyğunluqları, elmi idrakın forma və metodlarının xüsusiyyətləri və dialektik əlaqələri daim nəzərə alın­sın.

Bu işdə təlim prosesinin idarə olunmasına öz-özlüyündə idrak məsələsi kimi baxmağın məntiqiliyi diq­qətə çatdırılır. Təlim prosesində səmərəli nəticələrin reallaşması üçün praktik pedaqoqun idarəetmə fəaliy­yətinin müəyyənləşdirilməsində gerçəkliyin dərk olunması və dəyişdirilməsi metodları haqqında dia­lek­tika və idrak nəzəriyyəsinin tərkibləri kimi ehtiva edilən komponentlərə istinad etməsinin məq­sə­də­uy­ğun­lu­ğu diqqət mərkəzinə çəkilir və bu “imkandaşıyıcı komponentlər”i özündə saxlayan fikrin hərəkət forması hə­min prosesin idarə olunmasının metodoloji əsası kimi dəyərləndirilir.

Açar sözlər: təlim; dialektika; idrak nəzəriyyəsi; elmi tədqiqat metodları; elmi idrak formaları; problem; idrak məsələsi; əqli fəaliyyətin növləri; dərrakəli və zəkalı fəaliyyət; hissi intuisiya; intellektual intiusiya; ideya; prinsip; nəzəriyyə.

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI