Nərgiz Əhmədova
BMT-nin DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİ PROQRAMINDA TƏHSİLİN İNKİŞAF KONSEPSİYASI
Xülasə. BMT-nin dayanıqlı inkişaf məqsədləri proqramı təhsilin inkişaf etdirilməsi qarşısında bir sıra mühüm vəzifələr qoyur. Bunlar ilk növbədə təhsilin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu baxımdan məqalədə dayanıqlı inkişaf konsepsiyası kontekstində respublikamızda təhsilin inkişaf etdirilməsinin aşağıdakı bir sıra mühüm konsepsiyaları xarakterizə edilmişdir: 1) təhlükəsiz inkişaf konsepsiyasının həyata keçirilməsi; 2) təhsilin cəmiyyətin inkişafına yönəldilməsi; 3) təhsilin sosial, iqtisadi, siyasi kontekstlə əlaqələndirilməsi; 4) dayanıqlı inkişaf konsepsiyasının şəxsiyyət, onun cəmiyyətdəki yeri haqqında təsəvvürlərin metodoloji əsası kimi qəbul edilməsi; 5) təhsilin məzmunu və metodlarının davamlı inkişaf konsepsiyasının əsas prinsiplərinə söykənməsinin təmin edilməsi; 6) əhalinin böyük sosial-demoqrafik qrupunu təşkil edən tələbə gənclərin cəmiyyətimizin tərəqqisi və dayanıqlı inkişafı təmin etmək üçün onların potensialdan səmərəli istifadə edilməsi.
Açar sözlər: dayanıqlı inkişaf; təhsil; konsepsiya;
kontekst; paradiqma.