Gülər Baxışova
TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ EKSPERTİZANIN ROLU
Xülasə. Məqalədə müasir təhsil siyasətini
uğurlu, keyfiyyətli təmin etmək üçün ekspertizanın əhəmiyyətindən bəhs edən
mühüm əhəmiyyətə malik mövzu əksini tapıb. Təhsil mühitində ekspertiza
sisteminin tətbiq edilməsi dövlətin müəyyən etdiyi strategiyanın səmərəliliyi və
keyfiyyətliliyində mühüm rol oynayır. Bu məqsədlə, təhsilanların, təhsilverənlərin
və təhsil müəssisələrinin daimi olaraq diqqətdə saxlanılması prioritet istiqamətlərdəndir.
Təhsilin bu istiqamətdə fəaliyyəti üzrə müəyyənləşdirilmiş uğurlar, çatışmazlıqlar,
tətbiq edilən yeni modellər və ekspertlər tərəfindən tövsiyə xarakterli rəylər
təhsilin gələcək inkişafı və modernləşdirilməsində aktuallıq kəsb edir.
Açar sözlər: pedaqoji proses, təhsil
strategiyası, pedaqoji ekspertiza, təhsil standartı, təlim texnologiyaları,
ibtidai sinif