Sevinc Vəliyeva

MUSİQİ DƏRSLƏRİNDƏ KİÇİKYAŞLI MƏKTƏBLİLƏRDƏ TƏBİƏTƏ QAYĞIKEŞ MÜNASİBƏTİN FORMALAŞDIRILMASININ İMKANLARI VƏ YOLLARI

Xülasə. Təhsil müəssisələrində ayrı-ayrı fənlərin tədrisi prosesində, sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı şagirdlərin, o cümlədən kiçikyaşlı məktəblilərin ekoloji tərbiyəsi, onlarda ətraf mühitə, təbiətin flora və faunasına qayğıkeş münasibətin formalaşdırılması ilə bağlı sistemli, məqsədyönlü işlər həyata keçirilir. Bu məqsədlə ibtidai siniflərdə müəllimlər Azərbaycan dili, həyat bilgisi, təsviri incəsənət, musiqi və başqa fənlərin təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici imkanlarından faydalanırlar.

Böyüyən nəsildə ölkəmizin bitki və heyvanat aləmə qayğı ilə yanaşmaq, onu mühafizə etmək ekoloji mədəniyyətin, ekoloji tərbiyə üzrə aparılan işlərinin ayrılmaz tərkib hissələrindəndir.

Açar sözlər: musiqi dərsləri, flora, fauna, Azərbaycanın flora və faunası, flora və faunaya qayğıkeş münasibət

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI