Kəmalə Quliyeva
MÜƏLLİMİN
PEDAQOJİ MƏDƏNİYYƏTİ
Xülasə. Dəyəryönlü təhsilin xüsusi önəm kəsb etdiyi hazırkı şəraitdə şagirdlərdə
zehni, əxlaqi, fiziki, estetik, ekoloji, iqtisadi və hüquq mədəniyyətinin
formalaşdırılması başlıca vəzifə kimi qarşıda durur. Mədəniyyət isə ən böyük
dəyər hesab edildiyindən müəllimin özünün də pedaqoji mədəniyyətə yiyələnməsi,
onun komponentlərinə tam mənasında sahib olması zəruridir.
Müəllimin pedaqoji mədəniyyəti onun peşəkar keyfiyyətləri arasında aparıcı
yer tutur. Onun başlıca komponentlərinə akseoloji, texnoloji, evristik və şəxsi
komponentlər daxildir. Müəllimin nitq, davranış və estetik mədəniyyəti də onun
peşəkarlığının və səriştəliyinin başlıca göstəriciləri hesab edilir.
Açar sözlər: pedaqoji mədəniyyət, mükəmməl
nitq, davranış mədəniyyəti, estetik mədəniyyət