Aygün Qafarova
ETNOPEDAQOJİ MATERİALLAR TƏLƏBƏLƏRİN MÜSTƏQİL AİLƏ HƏYATINA VƏ ÖVLAD TƏRBİYƏSİNƏ HAZIRLANMALARI VASİTƏSİ KİMİ
Xülasə. Ölkəmizdə
uğurlu nikahlar, xoşbəxt ailələr minlərlədir. Lakin son dövrlərdə
ailə ixtilaflarının, uğursuz ailələrin, boşanmaların da sayı artıb. Bəzi gənclər
nikaha laqeyd yanaşır, ailədə kiçik bir problem baş qaldıranda buna dözmür. Ailələrin
möhkəm olmasını gənclərin valideynlər də, cəmiyyət də istəyir.
Məqalədə etnopedaqoji materiallar tələbələrin müstəqil
ailə həyatına və övlad tərbiyəsinə hazırlanmasının vasitəsi kimi nəzərdən
keçirilir.
Açar sözlər:
etnopedaqoji materiallar, ailə həyatı, müstəqil ailə həyatı, uğurlu nikah,
uğursuz nikah, ailə həyatına hazırlıq, uşaqların tərbiyəsi