Elmira Həsənova

ŞAGİRDLƏRİN SOSİAL MÜNASİBƏTLƏRİNİN FORMALAŞMASI

Xülasə. Şagirdlərin sosial münasibətlərinin formalaşdırılması onların məktəb mühitində və cə­miy­yət­də sosial bacarıqlarının inkişaf etdirilməsi prosesidir. Bu proses uşaqların şəxsiyyət və xarakterlərinin for­ma­laş­masında mühüm rol oynayır və onların gələcək həyatına təsir göstərir. Şagirdlərin sosial münasibətlərinin əsa­sı ailədə qoyulur. Ailə dəyərləri, münasibətlər və davranış modelləri uşaqların cəmiyyətə uyğun­laş­ma­sın­da böyük rol oynayır. Məktəb uşaqların sosial bacarıqlarını inkişaf etdirdiyi əsas yerlərdən biridir. Müəl­lim­lə­rin və sinif yoldaşlarının davranışı, kollektiv fəaliyyət (qruplar, oyunlar) sosial münasibətlərin forma­laş­ma­sı­na təsir göstərir.

Açar sözlər: sosial, münasibət, davranış, şagird, uyğunlaşma.

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI