Təranə Abdullayeva
ÜMUMTƏHSİL
MƏKTƏBLƏRİNDƏ AÇIQ DƏRSLƏRİN TƏŞKİLİ
Xülasə. Məqalədə müstəqil
Azərbaycanın təhsil sistemindəki yeniliklər araşdırılır, ümumtəhsil məktəblərində
açıq dərslərin təşkili xüsusiyyətləri izah olunur. Müəyyən vaxtlarda təcrübəli,
ustad, lider müəllimlər tərəfindən açıq dərslərin keçirilməsinin üstünlükləri
göstərilir. Qabaqcıl təcrübənin öyrənilib yayılmasının təhsilin keyfiyyətinə
müsbət təsiri aydınlaşdırılır. Təcrübəli müəllimlərin hər bir dərsinin həmkarları
üçün açıq olması vurğulanır.
Açar sözlər: açıq dərs,
ustad müəllim, motivasiya, fəal dərs, keyfiyyət, inteqrasiya, tədqiqat, dialoq