Günel Şahinzadə

VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ UŞAQLARDA ÖZÜNÜDƏRKİNDƏ MƏNƏVİ XÜSUSİYYƏTLƏRİN ROLU

Xülasə. Müasir dövrdə insanın özünüdərkində əxlaqi xüsusiyyətlərin öyrənilməsi problemi xüsusi əhəmiyyət kəsb edir. "Şəxsiyyətin özəyi" kimi özünüdərk davranış və fəaliyyətin daxili tənzimləyicisi kimi çıxış edir. Sosial normaların dərk edilməsinə vasitəçilik edir, digər insanlarla və ətrafımızdakı dünya ilə münasibətlər sistemini, davranışın xarakterini, strategiyaların qiymətləndirilməsini müəyyən edir. Bu problemin valideyn himayəsindən məhrum olmuş uşaqlarda təzahürünün öyrənilməsi aktuallıq kəsb edir. Həmçinin məqalə uşaqların psixi inkişafında əxlaqi tərbiyənin formalaşması kimi mühüm məqamların təhlilini özündə əks etdirir.

Açar sözlər: özünüdərk, mənəvi-əxlaqi keyfiyyətlər, yeniyetməlik, inkişaf, şəxsiyyət

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI