Asif Hacıyev (Şirvanelli)

“DƏDƏ QORQUD KİTABI” VƏ MƏHƏMMƏD FÜZULİNİN ƏSƏRLƏRİNDƏ MÜASİR DİL BAXIMINDAN ARXAİKLƏŞMİŞ ORTAQ SÖZLƏR

Xülasə. Böyük Azərbaycan şairi Füzulinin dili söz ehtiyatının zənginliyi ilə özünəqədərki və sonrakı sə­nətkarların dilindən əsaslı surətdə fərqlənir. Onun leksikonunda ərəb-fars mənşəli sözlər çoxluq təşkil etsə də, milli mənşəli sözlərimiz daha işləkdir. Bu sözlərin böyük əksəriyyəti müasir dilimizdə işləkliyini qoruya bilsə də, müəyyən bir qismi istifadədən çıxaraq arxaikləşmişdir. Təhlil göstərir ki, həmin arxaizmlərin az bir qis­mi şairin yaşadığı və ona yaxın dövrlə əlaqədardırsa, böyük hissəsi dilimizin daha qədim çağlarından baş­la­yaraq XVIII əsrin sonlarına qədər şifahi və yazılı ədəbiyyatımızın dilində geniş işlədilmişdir. Məqalədə us­tad sənətkarın əsərlərində rast gəlinən belə arxaizmlər üzərində dayanılmış və konkret nümunələr gətiril­mək­lə mənası açıqlanmışdır.

Açar sözlər: “Dədə Qorqud kitabı”, Füzulinin əsərləri, arxaik sözlər, lüğət ehtiyatı

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI