Pərvanə Süleymanov
AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNDƏKİ MƏTNLƏRİN ŞAGİRDLƏRDƏ NİTQ VƏRDİŞLƏRİNİN FORMALAŞDIRILMASINDA ROLU
Xülasə. Bu araşdırmada
orta məktəblərin V-IX siniflərində Azərbaycan dili dərsliklərində göstərilən mətn
növlərinin və mövzuların dərsliklərə necə və nə dərəcədə daxil edildiyi müəyyən
edilməyə çalışılıb. Bundan əlavə, müxtəlif nəşriyyatlar tərəfindən hazırlanan
dərsliklər arasında mətn növü və mövzu baxımından fərqlərin olub-olmaması
araşdırılmağa çalışılıb. Əldə olunacaq məlumatlar dərsliklərin hazırlanmasına
töhfə verəcəyi üçün mühüm hesab edilir.
Açar sözlər: Azərbaycan
dili; mətn; nitq mədəniyyəti; dərslik