Əliyənnağı Məhərrəmov, Aygül Mürsəlova

BİOLOGİYANIN TƏDRİSİNDƏ TƏLİM VƏZİFƏLƏRİNİN VƏHDƏTDƏ ÖYRƏNİLMƏSİ, BU İSTİQAMƏTDƏ ELMİ-METODİK ƏDƏBİYYATIN TƏHLİLİ

Xülasə. Məqalədə ümumtəhsil məktəblərində biologiya dərslərində təlim vəzifələrinin vəhdətdə öy­rə­nil­məsi, təlimin tamlığı, bu istiqamətdə elmi-pedaqoji, metodik ədəbiyyat təhlil edilmişdir.

Pedaqoji ədəbiyyatlardan N.M.Kazımov, Ə.Ş.Həşimov. “Pedaqogika”, A.Həşimov, Ə.Ağayev. “Pe­da­qo­gika”, Məcid İsmixanov, Həsən Bayramov. “Pedaqogika” kitabları problem baxımından təhlil olun­muş­dur. Adları çəkilən dərslik dərs vəsaiti müəlliflərinin təlim vəzifələri ilə bağlı fikirləri araşdırılmış, təd­qi­qa­tı­mız­da istifadə edilmişdir. Pedaqoji ədəbiyyatlarda təlim vəzifələrinin əlaqəli öyrənilməsi fikrinə səthi ya­naş­ma­sına münasibət bildirilmişdir.

Metodik ədəbiyyatlardan Ə.M.Hüseynov, M.Ş.Balayev, Ə.M.Məhərrəmov, H.M.Hacıyeva, T.Q.Ab­dul­layeva, G.N.Hacıyeva, P.M.Qafarovanın yazdıqları dərslik, dərs vəsaitləri, metodik vəsaitlərə problem ba­xımından münasibət bildirmiş, təhlil edilmiş, lazımlı fikirlərdən məqalədə istifadə olunmuşdur. Təd­qi­qat­ı­mız­da belə bir fikri əsaslandırmışıq ki, biologiyadan təlim vəzifələrinə verilən tələblər nəzərə alınmalıdır.

Açar sözlər: təhsilləndirici, inkişafetdirici, tərbiyəedici, dünyagörüşü, təlim, anlayış, təhlil, bilik, bacarıq, vərdişlər.

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI