Vidadi Orucov, Aytən Kərimova
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ FİZİKA TƏLİMİNİN
BƏZİ PROBLEMLƏRİ
Xülasə. Məqalədə
qloballaşan dünyada fizika təliminin ümumtəhsil məktəblərində üzləşdiyi aktual
problemlər araşdırılır. Əsas məqsəd, respublikamızın ümumtəhsil məktəblərində
fizika təliminin cari vəziyyətinə aydınlıq gətirməkdir. Müasir dövrdə fizika
fənninə olan tələblərin artdığı bir zamanda, məktəblərdəki təlim texnologiyaları
arasında kəskin fərqlərin mövcudluğu diqqəti çəkir. Elmi-texniki tərəqqinin
sürətli inkişafı, respublikamızın məktəblərində fizika təliminin
təkmilləşdirilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri
edir. Bu kontekstdə, yeni məzmunlu təhsil proqramlarının və müasir təlim texnologiyalarının
tətbiqi aktual məsələ olaraq qalır. Məqalədə, ümumtəhsil məktəblərində fizika
təliminin səmərəliliyini artırmaq məqsədilə müasir tələblərə uyğun bir sıra
təkliflər irəli sürülür.
Açar sözlər: fizika təlimi, kurikulum, təlim
texnologiyaları, ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri