Maya Heydərova

VOLEYBOLDA ZƏDƏLƏNMƏLƏRİN SƏBƏBLƏRİ VƏ ONLARIN PROFİLAKTİKASI

Xülasə. Məqalə voleybolçuların zədələnmələrinin profilaktikasına həsr edilmişdir. Burada onların spe­si­fik zədələnmələrinin səbəbləri açıqlanır, onların qarşısının alınması yolları təhlil edilir. Qeyd edilir ki, vo­ley­bolçuların ən çox rast gəlinən zədələri yuxarı və aşağı ətrafların əzilmələri, bağların, vətərlərin, ayaq, əl əzə­lələrinin, gövdənin dartılmaları, çiyin, baldır oynaqlarının çıxığı, ayaq pəncələrinin aşınmaları, əzələ qıc ol­malarıdır. Voleybol oynayarkən təhlükəsizliyi təmin etmək və zədələrin qarşısını almaq üçün müəyyən təh­lü­kəsizlik qaydalarına riayət etməyin vacibliyi vurğulanır. Qeyd edilir ki, rəqibin hərəkətinə diqqət etmək və vax­tında cavab vermək, əzələlərin qızışması üçün istiləşməyə zərurəti təmin etmək, oynaqların hərəkətliyini və amplitudasını artırmaq, texniki hərəkətlərin və texnikanı düzgün yerinə yetirilmək, düzgün, xüsusi seçilmiş geyim forması və ayaqqabılardan istifadə etmək, - bütün bunlar zədələnmələrin qarşısını almaq üçün zəruri olan hərəkətlərdir.

Açar sözlər: voleybolçuların zədələnmələri, topuq zədələri, diz zədəsi, çiyin və bel zədələri, bağların burxulması, oynağın yerindən çıxması, profilaktika.

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI