Rasim Şükürov, Cəmilə Əsgərova
MODUL TƏLİM TEXNOLOGİYASININ MAHİYYƏTİ, MƏZMUNU, TƏSNİFATI VƏ PRİNSİPLƏRİ
Xülasə. Məqalədə modul təlim texnologiyasının mahiyyəti, məzmunu,
təsnifatı və prinsiplərinin xüsusiyyətləri araşdırılır, modul təlim
texnologiyasının məqsədləri göstərilir. Həmçinin modul texnologiyasından istifadənin
təhsil prosesinin təşkilinə müasir yanaşma olduğu, bu yanaşmanın müasir öyrənənlərin
ehtiyaclarını ödəmək üçün çeviklik və fərdi öyrənmə tələb etdiyi, modul təlim
texnologiyasının əsas ideyasının öyrənənlərə təhsil yolunu seçməkdə daha çox
çeviklik aşılamaq və materialın mənimsəmə sürətini təmin etdiyi qeyd edilir.
Açar sözlər: texnologiya, təlim, dərs, məzmun,
təsnifat, prinsiplər