Şəfiqə Zülfüqarova
UŞAQLARLA MƏŞĞƏLƏLƏRDƏ YENİ İNTERAKTİV TEXNOLOGİYALARDAN İSTİFADƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Xülasə. Elmi məqalədə uşaqlarla məşğələlərdə aparılan
təlim prosesində interaktiv metod və texnologiyalardan istifadə imkanları
üzə çıxarılmışdır. İnnovativliyi və tamlığı qorunmaqla istifadə olunan iş formaları
və üsulları göstərilmişdir. Məktəbəqədər yaşlı uşaqlarda məşğələlərdə istifadə
olunan ən fəal təlim metodu, rollu oyunlar və onlardan istifadə imkanları
göstərilmişdir. Əqli hücum və bu metoddan məşğələlərdə uşaqların fəallığının
artırılması, konkret problemin həlli və qoyulan suala cavabın axtarılması
zamanı istifadəsinin əhəmiyyəti açıqlanmışdır. Söz assosiasiyaları, Klaster
və bu metodları tətbiq edərkən məşğələdə tərbiyəçinin uşaqlarla dərsi aparmaq
metodikası öyrənilmişdir.
Açar sözlər: təlim, inkişafetdirici, metod, texnologiya,
tərbiyəçi, uşaqlar