Ramiz Əliyev
TƏLƏBƏNİN MÜSTƏQİL İŞİNDƏ YENİ TƏLİM TEXNOLOGİYALARINDAN İSTİFADƏ İMKANLARI
Xülasə. Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi
hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən
biridir. Bu prosesin zəruriliyi indiki qloballaşan dövrdə daha çox hiss olunur.
Texnologiyaların sürətlə inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün böyük
imkanlar yaradır. Bu gün informasiya cəmiyyətinin və dünya ölkələri ilə
rəqabətə girə biləcək yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir
çox ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilmişdir.
Açar sözlər: təlim texnologiyaları, təhsil müəssisələri, təhsilin idarə olunması, tələbələr,
yeni informasiya texnologiyaları