Minayə Sadıxova
İNNOVASİYA FƏALİYYƏTİNİN STİMULLAŞDIRILMASININ ƏSAS XÜSUSİYYƏTLƏRİ
Xülasə. Məqalədə
innovasiya fəaliyyətinin stimullaşdırılmasının əsas xüsusiyyətlərindən bəhs
olunur. İnnovasiya fəaliyyəti, bu mərhələlərin bir-birini
izləməsi və mütəmadi olaraq yenilənməsi yolu ilə həyata keçirilir. Bu yanaşma,
müəssisələrin və dövlətlərin rəqabət qabiliyyətini artırmağa, iqtisadiyyatın
inkişafını sürətləndirməyə və cəmiyyətin rifahını yüksəltməyə imkan tanıyır.
İnnovasiya, yalnız iqtisadi inkişafın deyil, həm də sosial və ekoloji mühitin
müasirləşdirilməsi üçün vacib bir prosesdir. Bu anlayışın dərinləşdirilməsi və
tətbiqi, cəmiyyətin bütün sahələrində irəliləyişin təmin olunmasında
əhəmiyyətli rol oynayır.
Açar sözlər:
innovativ fəaliyyətlər,
iqtisadi inkişaf, texnologiyaların tətbiqi,
innovativ ideya, elmi-texniki əsaslar