Limunət Əmrahlı

YENİYETMƏLƏRİN KOQNİTİV FƏALİYYƏTİNDƏ PSİXOLİNQVİSTİK SİSTEMİN ROLU

Xülasə. Məqalədə göstərilir ki, təlim prosesində yeniyetmələrin koqnitiv fəaliyyətinin daha yaxşı for­ma­laşmasında onların psixolinqvistik sistemi mühüm əhəmiyyət daşıyır. Bu sistem, həm yeniyetmələrin öz fəa­liyyətini fikirdə qurmaq, həm də onu mərhələlər üzrə icrası prosesində iştirak edir. Bu amil nəzərə alı­na­raq məqalədə qeyd edilir ki, yeniyetmələrin koqnitiv fəaliyyətində psixolinqvistik sistemin rolunu artır­maq üçün alqoritmli tapşırıqlara geniş yer verilməlidir. Bu zaman yeniyet­mə­lər al­qoritm­lərin kö­mə­­yindən istifadə edə­rək həm psixolinqvisitk sistemi, həm də koqnitiv fəaliyyəti fəallaşdıra bilirlər. Həmçinin onlarda dil du­yu­munun və d. bu kimi imkanların formalaşdırılması da anlama və mənimsəmə bacarıqlarını, onlar da öz növ­bəsində koqnitiv fəallığı artırır.

Açar sözlər: yeniyetmələr, koqnitiv fəaliyyət, psixolinqvistik sistem, nitq, dil kodları, dilduyumu, slenq, alqoritm, intellektual labillik.

Cild 91, №6 2024

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI