Yeganə Yaqublu
AİLƏNİN PSİXOLOJİ MÜHİTİ VƏ ONUN SUBYEKTLƏRİ
Xülasə. Məqalədə qoyulan məsələlər
ailənin psixoloji mühiti və onu yaradan ailə subyektləri ilə bağlıdır. Müəllif
bu fikirlərini dünya mədəniyyəti ilə əlaqələndirir. Bildirir ki, hər bir
insanın doğulması, böyüməsi, yaşadığı mühitin və dünyanın mədəniyyətinə qovuşmasının
təməli ailədən başlanır. Övladların inkişafı, onların şəxsiyyətinin
formalaşması, ailənin daşıdığı mədəniyyətlə əlaqələndirilir. Göstərilir ki, ailə
hər bir cəmiyyətin ən vacib sosial institutlarından biridir. Məhz burada insan
həyata hazırlanır. Burada atalıq, analıq təcrübəsi qazanır. Ailə övladlara
özünün sosial-mədəni təcrübəsini ötürür. Onlarda atalıq-analıq mədəniyyəti
aşılanır. Əməksevərlik və mənəvi bütövlük tərbiyə olunur. Ailə öz üzvlərini təhlükələrdən
qoruyur. Ona dayaq və dəstək olur. Beləcə, ailə subyektləri arasındakı
qarşılıqlı münasibətlər ailədəki psixoloji mühiti tənzimləyir. Bu səbəbdən hər
kəs ailə mühitinin sağlam, müsbət və arzulanan olmasında cavabdehlik
daşımalıdır. Məqalədə bu sahədə araşdırılan məsələyə etnopsixoloji və
etnopedaqoji aspektdən yanaşmanın vacibliyini xatırladır.
Açar sözlər: psixoloji mühit, ailə, sosial qrup, kiçik qrup, ailə subyektləri,
qarşılıqlı münasibətlər.