Gülnarə Həzi qızı Paşayeva
VI-IX
SİNİFLƏRDƏ DİFERENSİALLAŞMANIN TƏLİM PROSESİNƏ TƏSİRİ
Xülasə. Bu məqalədə təlimin diferensiallaşdırılması
anlayışı və onun tədris prosesinin optimallaşdırılmasında rolu
araşdırılır. Diferensiallaşdırılmış təlim şagirdlərin fərdi xüsusiyyətlərini,
bilik və bacarıq səviyyələrini, öyrənmə tərzlərini nəzərə alaraq onların
inkişafına yönəlmiş strategiyaların tətbiqini nəzərdə tutur. Məqalədə bu
yanaşmanın pedaqoji və psixoloji əsasları, tətbiq prinsipləri və metodları
təhlil edilir. Təlimin diferensiallaşdırılması şagirdlərin təlimə marağını
artırmaq, onların öyrənmə potensialını tam reallaşdırmaq və tədris prosesini
səmərəliləşdirmək baxımından mühüm vasitə kimi qiymətləndirilir. Bundan əlavə,
müəllimlərin bu yanaşmanı uğurla tətbiq edə bilməsi üçün tələb olunan şərtlər
və qarşılaşdıqları çətinliklər də müzakirə olunur. Məqalədə təqdim olunan
təhlil və tövsiyələr təhsilin keyfiyyətinin artırılması və fərdi yanaşmanın
gücləndirilməsi istiqamətində faydalı ola bilər.
Açar sözlər: təlim, diferensiallaşma,optimallaşdırma, təhsil,
şagird, müəllim
