Elvira Haqverdi qızı Kərimova
TƏHSİLDƏ HUMANİSTLƏŞDİRMƏ AMİLİ VƏ ONUN MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİNƏ TƏSİRİ
Xülasə. Təhsilin
humanistləşdirilməsi müəllimdən demokratik iş üslubu tələb edir. Hər bir müəllim
qarşısında əyləşən şagirdə gələcəyin böyük adamı kimi baxmalı, onun maraq və tələbatlarına,
arzularına, ehtiyaclarına xüsusi diqqətlə yanaşmalı, rəy və təkliflərini nəzərə
almalıdır. Bunun üçün müəllim, ilk növbədə, kommunikativ qabiliyyətə, pedaqoji
duyuma – empatiya hissinə malik olmalı, şagirdlərə fərdi yanaşmağı, onlara
münasibətdə hörmət nümayiş etdirməyi, sinifdə sağlam mənəvi-psixoloji və öyrənmə
mühiti yaratmağı bacarmalıdır.
Açar sözlər: humanistləşdirmə, empatiya, qarşılıqlı hörmət,
fərdi yanaşma, öyrənmə mühiti, şəxsi nümunə
