Nübar Əhmədəli qızı İsazadə
DİSTANT TƏHSİL
TEXNOLOGİYASI VƏ ONUN TƏTBİQİ XÜSUSİYYƏTLƏRİ
Xülasə. Təhsil
sistemində istifadə olunan metodların inkişaf etdirilməsi ilə bərabər yüksək
texnologiyaların da inkişafı və tətbiqi distant təhsilin müasir dövrdə
aktuallığını artırmışdır. Distant təhsil sayəsində zaman, məkan və maliyyə
çatışmamazlıqları baxımından kifayət qədər uyğun şəraitdə təhsil ala bilmək imkanı
ola bilər. Distant təhsil – təhsil almaq istəyən şəxslə təhsil verənin coğrafi
uzaqlıqda olduğu hal üçün istifadə olunan öyrənmə-öyrətmə (şagird-müəllim)
sistemidir. Bu zaman müxtəlif informasiya vasitələri və qarşılıqlı təsir
kanallarından istifadə edilərək öyrənmək istəyənlə (şagird) öyrədən (müəllim)
bir-biri ilə ünsiyyət qurur. Təhsildə kitablar, nəşr olunmuş əlavə
materiallar və əyani vasitələrdən istifadə edilə bildiyi kimi, video-audio
disklər, elektron kitablar, kabel, peyk və s. İnteraktiv telekonfransların
yaradılması da öyrədici vasitə rolunu oynaya bilər. Dərs materialları bu
zaman daha çox şagirdi əhatə edə bilər və öz sahəsində mütəxəssis olan şəxs
eyni zamanda daha çox sayda şagirdə dərs keçə bilər. Distant təhsil vasitəsilə
şagird müəllimin tərtib etdiyi proqramla deyil, öz imkanlarına uyğun və
əlverişli olan proqramla işləyə bilər. Distant təhsil nəinki təhsil
təşkilatlarına əlaqə texnologiyalarını əlavə edir, eyni zamanda müasir təhsil
sistemində bilik və informasiyanın çox sürətlə dəyişməsi səbəbiylə ömür boyu
təhsilə çevrilir. Beləliklə, distant təhsil ənənəvi təhsillə bərabər imkanları
təmin edə bilər, bu da təhsilə demokratik xüsusiyyət qazandırır.
Açar sözlər: distant təhsil, keyfiyyət, inkişaf, müasir tədris, optimal yanaşma
