Rəhiməxanım Rzabala qızı Məmmədzadə
TƏRBİYƏ TEXNOLOGİYALARINDAN FAYDALANMAQLA TƏLƏBƏLƏRDƏ MƏNƏVİ KEYFİYYƏTLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ İMKANLARI
Xülasə.
İnstitut və universitetlər tələbələrin mənəvi keyfiyyətlərini inkişaf etdirilməsinə
nail olmaq üçün yeni tərbiyə texnologiyalardan faydalanmalıdırlar. Bu zaman fəaliyyət
formaları pedaqoji vəziyyətə əsasən müəyyənləşdirilir. Bunlara aiddir: söhbət,
müzakirə və disputlar, dəyirmi masa ətrafında rəy mübadilələri tələbə
konfransları, müsabiqə və yarışlar, ictimai faydalı və yaradıcı iş, ekskursiya
və gəzintilər, tematik axşamlar və s. Təlim prosesinin səmərəliliyini şərtləndirən
başlıca cəhət tələbələrin auditoriyanın fəal həyatına cəlb olunmasıdır. Bu
zaman tələbələr üçün maraqlı olan tərbiyə texnologiyalardan istifadə edilməlidir.
Açar sözlər: tələbələr, mənəvi keyfiyyətlər,
tərbiyə texnologiyalar, mənəvi keyfiyyətlərin formalaşdırılması, tərbiyə
texnologiyalarından istifadə, təlim prosesi, auditoriyadankənar tədbirlər
