Sevda Hidayət qızı Axundova
ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİ İLƏ KOLLECLƏRDƏ APARILAN İŞ
Xülasə. Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən
birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə
nəticələndi. Bu tarixi Qələbə şəhidlərimizin canları, qazilərimizin
sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində
əldə olunub. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin
ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından
azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və
qayğı ilə yanaşır.Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas
istiqamətlərindən biri də Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə
üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir. Qeyd etmək
lazımdır ki, bu sahədə dövlətin institusional təşəbbüsləri xüsusi əhəmiyyət kəsb
edir. Bu təşəbbüslər işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi və
digər bu kimi dövlət əhəmiyyətli işlərin həyata keçirilməsində vacib rol
oynayır. Tədqiqatın əsas məqsədi təhsil sektorunda xüsusi ilə də kolleclərdə aparılan işlərin araşdırılmasıdır.
Açar sözlər: Vətən
müharibəsi, sosial təminat, təhsil, kollec
