Cəlalə Mahir qızı Abdulmanafova
MƏKTƏBLƏRİN XARİCİ QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ BƏZİ AVROPA ÖLKƏLƏRİNİN TƏCRÜBƏSİ
Xülasə. Təhsildə
keyfiyyətin təmin edilməsi, müəyyən sahələrdə keyfiyyətin əldə edilməsi,
qorunması və artırılması məqsədini güdür. Bütün bu proseslər qiymətləndirmə
yolu ilə həyata keçirilir. Qiymətləndirmə müxtəlif istiqamətlərə yönəldilə bilər,
məsələn, məktəblərə, məktəb rəhbərlərinə, müəllimlərə və digər təhsil işçilərinə,
təhsil proqramlarına və ya bütün təhsil sisteminin fəaliyyətinə. Məktəblərin
xarici qiymətləndirmə prosesini daha yaxşı anlamaq üçün dünya təcrübəsinə nəzər
salmaq faydalıdır. Bu səbəbdən, məqalədə bir neçə Avropa ölkəsinin xarici qiymətləndirmə
prosesinə dair təcrübəsi araşdırılır.
Açar
sözlər: monitorinq, qiymətləndirmə, çərçivə sənədi,
tezlik, keyfiyyət, təhsil
