Aytən İlqar qızı Nağızadə
HƏRBİ LİSEY KURSANTLARINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN TƏBLİĞİ: İSTİQAMƏTLƏR
VƏ TƏKLİFLƏR
Xülasə. Milli-mənəvi dəyərlər bəşər cəmiyyəti
formalaşdığı dövrdən etibarən hər bir xalqın varlığının təməlini təşkil edir.
Hərbi lisey kursantlarında bu dəyərlərin təbliği, gələcəyin dəyərlərə sadiq və
lider bacarıqlarını tənzimləməyi bacaran hərbçiləri formalaşdrımaq
baxımından önəm daşıyan bir prosesdir. Ulu öndər Heydər Əliyevin “Milli-mənəvi
dəyərlərimiz bizim milli varlığımızdır” aforizmi bu istiqamətdə önəmli töhfə
verir. Məqalədə hərbi liseylərdə milli-mənəvi dəyərlərin təbliği üçün mövcud
idarəetmə sisteminin rolundan və bu istiqamətdə təkliflər öz əksini tapmışdır.
Açar sözlər : şəxsiyyət, dəyər, milli-mənəvi,
hərbi
