Abbas İlham oğlu Babayev

KREDİT TOPLANMASI VƏ TRANSFERİ SİSTEMİNİN ÖMÜRBOYU TƏHSİLİ TƏMİN EDƏN TƏHSİL İNFRASTRUKTURUNUN TƏŞKİLİ BAXIMINDAN ƏHƏMİYYƏTİ 

Xülasə. Məqalədə ömürboyu təhsilin təşviqi və təşkili baxımından kredit toplanması və transferi sis­te­mi­nin əhəmiyyəti araşdırılmışdır. Məqalənin birinci hissəsində kredit sisteminin tətbiqinin təhsilverənlər və təh­silalanlar üçün yaratdığı üstünlüklər, o cümlədən kredit sisteminin qeyri-formal və informal təhsili formal təh­sil ilə əlaqələndirilməsindəki rolu ətraflı təhlil edilmişdir. Məqalənin ikinci hissəsində kredit sisteminin tət­biqinə maneə yaradan amillər və məsələ ilə bağlı Azərbaycandakı vəziyyət öyrənilmişdir. Tədqiqat me­tod­la­rı kimi müs­təqil eskpertlər, elm və təhsil istiqamətində dövlət sektorunda çalışan şəxslər və ölkənin ali təh­sil müəs­si­sə­lə­rinin nümayəndələri ilə yarıstrukturlu müsahibələrdən və kontent-analizdən istifadə olun­muş­dur.

Açar sözlər: ömürboyu təhsil, kredit toplanması və transferi sistemi, qeyri-formal və informal təhsilin tanınması, formal təhsil 

Cild 92, №1 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI