Xumar Tofiq qızı Novruzova

RİYAZİYYAT MÜƏLLİMİ HAZIRLIĞI PROBLEMİ VƏ İKT

Xülasə. Məqalədə ali təhsil müəssisələrində riyaziyyat müəllimlərinin hazırlanması ilə bağlı məsələlər mü­zakirə olunur. Xarici ölkələrdə müvafiq metodologiyanın öyrənilməsi və tanış olması üçün türkiyəli təd­qi­qat­çılar Ərsoy, Erbaş, Dədə, Akgün, Bray, Tomas, Baskan, Barış və başqalarının əldə etdikləri nəticələr təh­lil olunur. Məqalədə Sinqapur metodologiyasının müsbət tərəfləri və PİSA qiymətləndirməsinin nəticələrinin təh­lili də göstərilir.

Məlumdur ki, ali təhsil müəssisəsində tədris prosesinin təşkili çox mürəkkəb prosesdir və bu prosesə tə­ləbələrin idrak fəaliyyətinin inkişafı və yüksək ixtisaslı mütəxəssisin hazırlanması üçün zəruri olan bütün amil­lərin sintezi daxil edilməlidir. Tədris prosesi elə təşkil edilməlidir ki, şagirdlərin mənəvi və elmi tə­lə­bat­la­rını ödəməkdən əlavə, onlar üçün rahat və optimal iş prosesi təmin edilsin. Belə bir atmosfer İKT alət­lə­rin­dən, xüsusən MathCad, Mathematica, MatLab və Marle riyazi paketlərindən istifadə etməklə yaradıla bilər.

Açar sözlər: riyaziyyat, cəbr, İKT, kompetensiya, müəllim, Sinqapur metodikası

 

Cild 92, №1 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI