Səbinə Vaqif qızı Rüstəmova
TƏDQİQAT İŞİNİN YERİNƏ
YETİRLMƏSİ ZAMANI TƏLƏBƏLƏRDƏ KƏMİYYƏT BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSI VƏ
ƏHƏMİYYƏTİ
Xülasə. Kəmiyyət bacarıqlarının tədqiqat işindəki rolu və əhəmiyyəti çox
genişdir və elmi tədqiqatların müvəffəqiyyətində həlledici bir amildir. Məlumatların
düzgün təhlili və ədədi verilənlərdən mənalı nəticələr çıxarmaq tədqiqatın
keyfiyyətini artırır və nəticələrin daha geniş tətbiq sahələrinə yönəldilməsini
təmin edir. Beləliklə, kəmiyyət bacarıqları tədqiqatçıların elmi fəaliyyətlərində
mühüm vasitə rolunu oynayır, onların işlərinin elmi etibarlılığını və dəqiqliyini
təmin edir. Bu bacarıqları inkişaf etdirən tədqiqatçılar həm də gələcəkdə daha
geniş miqyaslı və mürəkkəb araşdırmaların aparılmasına imkan yaradırlar.
Açar sözlər: kəmiyyət bacarıqları, statistik analizlər, analitik düşüncə,
proqramlaşdırma.
