Gülşən Nadir qızı Hacıyeva

ALİ PEDAQOJİ MƏKTƏBLƏRDƏ BİOLOGİYANIN TƏDRİSİ ZAMANI İNKLÜZİV TƏHSİLLƏ BAĞLI MƏSƏLƏLƏRİN ÖYRƏDİLMƏSİ YOLLARI

Xülasə. İnklüziv təhsil bütün uşaqların fiziki, intellektual və digər xü­­su­siyyətlərinə baxmayaraq, ümu­mi təhsil sisteminə daxil edil­­mə­si­nə və yaşayış yeri üzrə həmyaşıdları ilə birlikdə kütləvi ümum­­təh­sil mək­tə­bin­də təhsil almasına əsaslanır.

“İnklüziv təhsil” anlayışı təhsilin əsas insan hüququ ol­du­ğu­­na və daha ədalətli cəmiyyət üçün zəmin ya­ratdığına inam­dan for­ma­laşmışdır. Bütün tələbələrin fərdi keyfiyyətlərindən və prob­lem­lə­rindən asılı ol­ma­yaraq təhsil almaq hüququ vardır.

İnklüzivlik sözün geniş mənasında təkcə təhsil sahəsini de­yil, həm də sosial münasibətlərin bütün spek­trini əhatə edir: iş, ün­siy­yət, əyləncə. Hər yerdə rahatlıq, xoş əhval olmalı, ətraf mü­hitin, ic­ti­mai şüurun ma­neələri aradan qaldırılmalıdır.

Açar sözlər. İnklüziv, xüsusi, fərdi, təhsil, metod

Cild 92, №1 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI