Təranə Qeyis qızı Abdullayeva, Əfsanə Nəzir qızı Uluxanova
BİOLOGİYANIN TƏDRİSİNDƏ PRAKTİK İŞLƏRLƏ BAĞLI PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ YOLLARI
Xülasə. Keçirilən biologiya dərsləri
əzbərə dayanan bilik yox bacarıq formalaşdırmalıdır. Praktik işlərdən istifadə
etmək şagirdlərdə yaradıcılıq potensialının inkişafına şərait yaradır. Praktik
işlərin həyata keçirilməsi üçün müəyyən mövzularda İKT-dən istifadə edilir
ki, təəssüflər olsun ki, bəzi məktəblərdə İKT vasitələri hələ də yoxdur. Bu
da öz təsirini biologiya dərslərinin tədrisində bəzi çatışmazlıqlar ilə göstərir.
Baş-qa bir problem isə dərs saatlarında praktik işlərlə bağlı əlavə saatın
ayrılmamasıdır. Bu da bir dərs müddəti bəzi praktik işlərin yerinə yetirilməsində
yetərli deyil .Bu problemləri həll etmək üçün bir sıra addımların atılması
vacibdir. Bunlardan biri müəllimin metod seçimidir. Keys - texnologiyalarının tətbiqi
ilə də bir çox praktik işləri yerinə yetirmək mümkündür ki, bu texnologiya bir
çox praktik üsul, metod və priyomları özündə birləşdirir.
Açar sözlər:
metod,
proqram, texnologiya, priyom, ixtiraçılıq, tədqiqatçılıq
