Elnurə Fazil qızı Səfərova, Günel Əlimövsüm qızı Məmmədova

TAM ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ İKT-dən İSTİFADƏ

Xülasə. Müasir cəmiyyətimiz informasiyalaşdırma adlanan tarixi bir prosesə qoşulmuşdur. Bu prosesi isə kom­püterləşmə həyata keçirir. İnformasiyalaşdırma cəmiyyətin elmi-texniki və sosial-iqtisadi inkişafının baş­lıca mənbəyi kimi gənc nəslin təlim-tərbiyəsində başlıca rol oynayır. İnformasiyalaşdırma və kom­pü­ter­ləş­dirmə nə­ti­cəsində İKT-dən istifadə zəruri bir hala çevrilmişdir. İKT dedikdə əslində informasiyanın əldə olun­ması, sax­la­nıl­ması, təkrar istifadəsi və eyni zamanda qorunması ilə bağlı geniş texnologiyaları əhatə edən bir sahədir.

Biologiya dərslərində İKT-dən istifadə zamanı zəif göstəricisi olan hər bir şagirdin mövzunu öy­rən­mə­yə marağı artır, praktik təcrübələri virtual laboratoriyaların köməyi ilə təhlükəsiz bir şəraitdə mənimsəyə bilir.

Açar sözlər: Biologiya, İKT, tədris, metod, fənn 

Cild 92, №1 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI