Elnurə Hikmət qızı Quliyeva

XÜSUSİ TƏYİNATLI HƏRBİ MÜƏSSİSƏLƏRDƏ XARİCİ DİLLƏRİN TƏDRİSİNDƏ İNNOVATİV TƏLİM METODLARINDAN İSTİFADƏ

Xülasə. Xüsusi təyinatlı hərbi müəssisələrdə xarici dilin səmərəli öyrənilməsi üçün innovativ təlim me­todlarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. İnnovativ təlim metodları hərbi qulluqçuların peşəkar ha­zır­lığını artırmaq məqsədilə onların dil biliklərini qısa müddətdə inkişaf etdirmək və öyrənilən materialların uzun müddət yadda qalmasını təmin etməyə yönəlmişdir. Xüsusi təyinatlı hərbi müəssisələrdə xarici dillərin öy­rədilməsində innovativ təlim metodlarının tətbiqi müasir təhsil tələblərinə cavab verərək tədris prosesinin key­fiyyətini artırır. Bu metodlar ənənəvi yanaşmalardan fərqli olaraq, hərbi mühitin spesifik ehtiyaclarını nə­zə­rə alır və öyrənən mərkəzli yanaşma ilə tədrisi daha səmərəli edir. Layihə əsaslı, oyun əsaslı, kom­mu­ni­ka­tiv, konstruktiv və texnologiya əsaslı metodlar hərbi qulluqçuların dil öyrənmə prosesini sürətləndirir, prak­ti­ki ünsiyyət bacarıqlarını təkmilləşdirir, onların dil öyrənməkdə fərdi tələbat və ehtiyaclarını təmin etmiş olur.

Hərbi mühitin xüsusi tələblərinə cavab verən innovativ metodlar şəxsi heyətin çoxdilli mühitdə uğurla fəaliyyət göstərməsinə əlverişli imkanlar yaradır və beynəlxalq təhlükəsizlik əməliyyatlarında səmərəli ün­siy­yət bacarıqlarını təmin edir. Beləliklə, innovativ təlim metodlarının tətbiqi xarici dillərin öyrədilməsi sa­hə­sində yeni imkanlar açaraq hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir və onların uğurla fəaliyyətinə dəyərli töhfələr verir.

Açar sözlər: İnnovativ metodlar, xarici dilin tədrisi, yeni texnologiyalar, hərbi mühit.

Cild 92, №1 2025

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI