İnarə Səmidəli qızı Cəfərova
İNKLÜZİV SİNİFLƏRDƏ HƏMYAŞIDLARININ KÖMƏYİ İLƏ SƏMƏRƏLİ ÖYRƏNMƏ TƏCRÜBƏLƏRİ
Xülasə. Məqalədə şəxsiyyətlərarası münasibətlərin
qurulması üçün ən vacib tələb olan ümumi sosial bacarıqların inkişafı
açıqlanır. Sosial bacarıqlar uşaqların öyrənmə imkanlarına çıxışını artırmaqda
olduqca faydalıdır. Məqalədə təlim prosesində hər bir uşağın iştirakını təmin
etmək üçün həmyaşıdlarının köməyi ilə öyrətmə üsullarının müxtəlifliyi təqdim
olunmuşdur. Həmyaşıdlarının köməyi ilə öyrənmə uşaqların bir-birindən öyrənməsi
üçün ən mühüm vasitələrdən biridir. Bu üsul komanda işinə təşviq edir və öyrənməni
asanlaşdırır.
Açar sözlər: sosial bacarıqlar, həmyaşıdlar,
təlim metodları, inklüziv təhsil, qrup işi
