Solmaz Qüdrət qızı Həsənli
SOSİALLAŞMA ANLAYIŞI VƏ SOSİALLAŞMANIN MAHİYYƏTİ
Xülasə. Günümüzdə
sürətli sosial dinamizm insanın sahib olduğu toplumda özünütəsdiqini çətinləşdirir.
Nəticədə insan sosial yalnızlığa sürüklənir, sahib olduğu topluma yabançılaşır
və sosiallaşma prosesində uğursuzluğa düçar olur. Məqalədə müasir dövrdə sosiallaşma prosesinin insan psixologiyasına təsiri
baxımından mahiyyəti və xüsusiyyətləri təhlil olunmuşdur.
Açar sözlər: sosiallaşma, sosial inkişaf,
sosial normalar, uğurlu sosiallaşma, uğursuz sosiallaşma
