Pərvin Vaqif qızı Quliyeva
XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLARLA PEDAQOJİ İŞ ZAMANI MÜƏLLİM MƏSULİYYƏTİ
Xülasə. Müasir təhsil sistemində
sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması, digər uşaqlarla
birgə təhsil alması onların yalnız akademik bacarıqlarına deyil, eləcə də
sosial-emosional inkişafına da öz töhfəsini verir. Bu prosesdə şagird
kollektivinin idarə olunması, münasibətlərin tənzimlənməsi, eləcə də xüsusi
qayğı və yanaşma tələb edən bu uşaqların təhsil nəticələrinin qiymətləndirilməsi
müəllimlərdən bacarıq, bilik və məsuliyyət tələb edir. Əlbəttə ki, bu prosesə
ilk növbədə təhsilverənlərin hazır olması mütləqdir. Məqalədə müəllimlərin
xüsusi qayğıya ehtiyacı olan bu uşaqlarla işləyərkən malik olmalı olduğu bacarıqları,
məsuliyyət daşıdıqları məqamlar təhlil edilmişdir. Məqalə nəzəri materialların
araşdırılmasına əsaslanır və bu sahədə tədqiqat aparan şəxslər, pedaqoji heyət
və müəllimlər üçün əhəmiyyət kəsb edə bilər.
Açar sözlər: xüsusi
qayğıya ehtiyacı olan uşaqlar, inklüziv təhsil, sosial emosional bacarıqlar, təhsil
mühiti
