Lalə Akif qızı Məmmədli
TƏLƏBƏLƏRDƏ FƏAL HƏYAT MÖVQEYİNİN FORMALAŞDIRILMASI: AUDİTORİYADANKƏNAR
TƏDBİRLƏRİN İMKANLARI
Xülasə. İnsanların,
o cümlədən gənclərin həyatda fəal mövqe tutmaları son dərəcə vacibdir. Məhz fəal
həyat mövqeyi qazanmaqla hər bir şəxs digərlərindən fərqlənir.
Şəxsiyyətin fəal həyat mövqeyinin əsasında uğur əldə
etmək motivi dayanır. Fəal həyat mövqeyi dedikdə tələbənin yalnız standart vəzifələri
həyata keçirmək deyil, eyni zamanda yeni ideyalar və onların reallaşması
yollarını təklif etmək bacar və qabiliyyəti başa düşülür.
Açar sözlər: tələbə, həyat
mövqeyi, fəal həyat mövqeyi, fəal həyat mövqeyinin formalaşdırılması, auditoriyadankənar
tədbirlər
