Adilə Həsən qızı Nəzərova
ÜZEYİR HACIBƏYLİ: MİLLİ DƏYƏRLƏR VƏ QAYNAQLAR
Xülasə. Məlumdur ki, Şərq ölkələrində əsas
janr xalq yaradıcılığı hesab olunur. Azərbaycanda mürəkkəb ideya, emosional məna
yükü olan, dərin təfəkkür ifadə edən muğam və xalq mahnılarının Qərb musiqisi -
opera ilə birləşməsi ilk dəfə Ü.Hacıbəylinin yaradıcılığında işlənmişdir. Bu əsərlər
“muğam operası” adı ilə dünya musiqi tarixinə yazılmışdır. Ü.Hacıbəylinin əsərlərində,
xüsusilə operettalarında Azərbaycan xalqının hüquqi azadlıq istəyi, mənəvi
azadlığının – insanın daxili azadlığının ifadəsi ilə vəhdətdə işlənmişdir. Dahi
bəstəkar bir müəllim olaraq ana dilli məktəblərin olmasını, qadın azadlığını,
qızların təhsil almasını vacib sayırdı.
Açar
sözlər: Milli dəyərlər, xalq mahnıları, opera, sintez, muğam, xor
