Türkanə Əli qızı Nəbiyeva
AZƏRBAYCAN VƏ BİR SIRA DİGƏR MDB ÖLKƏLƏRİNDƏ
MÜƏLLİM HAZIRLIĞI İLƏ BAĞLI APARILAN TƏDQİQATLAR
Xülasə. Bu məqalə postsovet
dövründə islahatlara, institusional inkişafa və pedaqoji innovasiyalara diqqət
yetirməklə Azərbaycanda və digər MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrində
müəllim hazırlığının təkamülü və cari mənzərəsini tədqiq edir. Tədqiqat təhsil
işçiləri üçün sistemli və davamlı peşəkar inkişafın qurulmasında mühüm rol
oynamış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi kimi mühüm dövlət
qurumlarının funksional rolunu da təhlil edir.
Açar
sözlər: müəllim
hazırlığı, Azərbaycan, MDB ölkələri, peşəkar inkişaf, inklüziv təhsil, təhsil
islahatı, pedaqoji innovasiya
